
La Liqada fevral ayının ən yaxşı futbolçusu müəyyənləşib.
Sport1.az xəbər verir ki, bu ada “Vilyarreal”ın hücumçusu Jorj Mikautadze layiq görülüb.
Gürcüstanlı forvard ay ərzində İspaniya çempionatında “Espanyol”, “Xetafe”, “Levante” və “Valensiya”ya qarşı keçirilən matçlarda iştirak edib. O, “Espanyol”la görüşdə 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb, növbəti iki qarşılaşmada da fərqlənməyi bacarıb. Yalnız “Valensiya” ilə oyunda məhsuldar göstərici qeydə almayıb.
Mikautadzenin çıxış etdiyi müddətdə “Vilyarreal” üç qələbə qazanıb və bir dəfə məğlub olub