Mbappe ayın ən yaxşısı seçildi

Bölmə adı İspaniya
Yayımlandı 1-11-2025, 11:14

İspaniya La Liqasında ayın ən yaxşı oyunçusu müəyyənləşib.

Sport1.az xəbər verir ki, "Real Madrid"in hücumçusu Kilian Mbappe bu ada layiq görülüb.

Fransalı futbolçu meydana çıxdığı 3 La Liqa oyununda 3 qol və bir məhsuldar ötürməyə imza atıb.

Qeyd edək ki, Kilian ötən ay da La Liqada bu mükafatı qazanmışdı.

Müəllif: Sport1.az