Xabi Alonso ən yaxşı məşqçi seçildi

Bölmə adı İspaniya
Yayımlandı 8-09-2025, 23:34

İspaniya La Liqasında avqust ayının ən yaxşı məşqçisi müəyyənləşib.

Sport1.az xəbər verir ki, bu ada "Real"ın çalışdırıcısı Xabi Alonso layiq görülüb. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

Madrid təmsilçisi avqustda ölkə çempionatında keçirdiyi 3 oyunun hamısında qalib gəlib.

Qeyd edək ki, Xabi Alonso mövsümün əvvəlində "Real"ın baş məşqçisi təyin olunub.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR