
Misli Premyer Liqasının 21-ci turunda “Turan-Tovuz” “Zirə”ni məğlub etdi – 2:0.
Qarşılaşmadan sonra “qartallar”ın üzvü Eren Aydın Sport1.az-ın suallarını cavablandırdı.
Həmin müsahibəni təqdim edirik.
– Debüt oyununuz haqqında fikirləriniz maraqlıdır...
– Təbii ki, qazanmaq istəyirdik. Təəssüf ki, məğlub olduq. Çox tez qollar buraxdıq. Düşünürəm ki, ikinci hissədə daha yaxşı oyun sərgilədik, fürsətlər də tapdıq. Lakin onları dəyərləndirə bilmədik. Növbəti oyunda əlimizdən gələni edərək qələbə qazanacağıq.
– “Zirə”yə keçidiniz necə baş tutdu?
– Komandaya keçməyim bir gün ərzində alındı. Məşqçimiz sağ olsun, sona qədər arxamda oldu. Buraya gəldiyim üçün çox xoşbəxtəm. 4 aylıq müqaviləm var və bu müddətdə əlimdən gələnin ən yaxşısını edəcəyəm.
– Ukraynadan ayrılma səbəbiniz müharibə vəziyyəti idi, yoxsa perspektiv olaraq “Zirə”ni seçdiniz?
– Həyatım təhlükədə idi. Tez-tez elektrik kəsintiləri olurdu. Belə çətin vəziyyətdə həyatıma davam edirdim. Komandadan getmək üçün icazə istədim Portuqaliya və Türkiyə liqalarından variantlar var idi. Gələn təkliflərə problem yaratdılar. Amma həyatımı təhlükəyə ata bilməzdim. Ayrıldım və "transfer pəncərəsi" bir çox yerdə bağlı idi. “Zirə” mənə sahib çıxdı. Sağ olsunlar. Hamı mənə güvəndi. Mən də onların güvənini boşa çıxarmayacağam.
– 4 aylıq müqaviləniz var. Bu müddətdə yaxşı çıxış edib, klubdan yeni təklif gözləyirsiniz?
– Bu 4 ay ərzində əlimdən gələni edəcəyəm. Ondan sonra hər şeyi zaman göstərəcək. Burada qala da bilərəm, bəlkə daha yaxşı yerlərə də gedə bilərəm. Bunu mövsümün sonunda görəcəyik.
MƏHƏMMƏD HÜSEYNOV