Azərbaycan millisi Moldova ilə yoxlama oyunları keçirəcək

Bölmə adı Milli
Yayımlandı 20-02-2026, 11:09

Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət millisi Moldovada təlim-məşq toplanışı keçəcək.


Sport1.az xəbər verir ki, komanda toplanış çərçivəsində Moldova yığması ilə iki yoxlama matçında gücünü sınayacaq.


Bu gün startı verilən toplanış fevralın 22-dək Bakıda, 23-dən 28-dək isə Moldovanın paytaxtı Kişineuda baş tutacaq.


U-19 Kişineudakı hazırlıq dönəmində fevralın 25-də və 27-də Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılşacaq. Hər iki görüşün Bakı vaxtı ilə saat 15:00-da başlanması planlaşdırılır.

Müəllif: Nihat
OXŞAR XƏBƏRLƏR