
"Qarabağ"ın qapıçısı Mateuş Koxalski indiyədək UEFA Çempionlar Liqasında ən çox qurtarış edən üçüncü qapıçıdır.
Sport1.az xəbər verir ki, polşalı qolkiper turnirin Liqa və pley-off mərhələlərində 40 seyvlə yadda qalıb.
Norveçin "Budyo Qlimt" komandasından Nikita Haikin (52) birinci, İspaniya təmsilçisi "Real"dan Tibo Kurtua (44) ikinci sıradadır.
Qeyd edək ki, "Qarabağ" ötən gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda İngiltərənin "Nyukasl" komandasına uduzub - 1:6.