
Polşa Ekstraklasasında XXI turun oyunları keçirilir.
Sport1.az xəbər verir ki, “Motor” da növbəti görüşündə “Lexiya”nı qəbul edib. Qarşılaşma Lubin təmsilçisinin 2:3 hesablı məğlubiyyəti ilə başa çatıb.
Millimizin üzvü Renat Dadaşov oyunun iştirakçısı olub. Hücumçu 85-ci dəqiqədə meydana çıxıb.
Qeyd edək ki, Dadaşovun komandası 21 turdan sonra 24 xalla 14-cü pillədə qərarlaşıb.