Renat oynadı, komandası heç-heçə etdi

Bölmə adı Digər Liqalar
Yayımlandı 17-08-2025, 09:48

Azərbaycan millisinin üzvü Renat Dadaşovun da formasını geyindiyi “Motor" Polşa çempionatında 5-ci tur oyununu keçirib.

Sport1.az xəbər verir ki, komanda evdə “Pyast”la qarşılaşıb. Görüş 0:0 hesabı ilə yekunlaşıb.

Renat da bu oyunda iştirak edib. 26 yaşlı hücumçu 63-cü dəqiqədə meydana çıxıb. O 88-ci dəqiqədə sarı vərəqə alıb.

Qeyd edək ki, “Motor” hazırda turnir cədvəlində 5 xalla 12-cidir.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR