Dadaşov oynadı, komandası məğlub oldu

Bölmə adı Digər Liqalar
Yayımlandı 24-08-2025, 09:12

Polşada futbol üzrə Ekstraklassanın 6-cı turu keçirilir.

Sport1.az xəbər verir ki, azərbaycanlı hücumçu Renat Dadaşovun çıxış etdiyi “Motor” (Lyublin) səfərdə “Korona”ya 0:2 hesabı ilə uduzub. Dadaşov 73-cü dəqiqədə meydana daxil olub, artıq bütün qollar vurulmuşdu.

Qeyd edək ki, hazırda “Motor” 5 xalla turnir cədvəlinin son sıralarında – 15-ci pilləsində qərarlaşıb.

Müəllif: Sport1.az