son dəqiqə SON DƏQİQƏ
Martin Zlomisliçə yığmadan dəvət ● Millimiz Gürcüstanda 5-ci oldu ● FİFA prezidenti Canni İnfantino Hövsan Yarış Kompleksində olub ● Haiti U-15 millimizi darmadağın etdi ● Voleybol üzrə Super Liqa: 2-ci turun oyunlarının vaxtı açıqlanıb ● "DH Volley" mübarizəyə başlayır ● Ne-vaza üzrə ACF Kuboku: Bakıda keçirilən turnirin qalibləri bəlli olub ● "Böyük Dəbilqə": Azərbaycanı Əbu-Dabidə 11 cüdoçu təmsil edəcək ● "Qarabağ"ın "Dinamo" ilə matçının biletləri 3 manatdan satışa çıxarılıb ● "Kəpəz" klubunun fan-şopu fəaliyyətə başladı ● I Liqa klubunda yeni baş məşqçi ● U-19 Dünya Çempionatı: Yığmamızın üzvləri Budvada 2 medal qazandılar ● Karateçilərimizdən bir dəst medal ● Tunar Bağırovdan bürünc medal ● "Turan"ın cavab oyununu canlı yayımlayacaq kanal bəlli oldu ● "Zirə" böyük klubdur, yaxşı komandadır, əla heyəti var" ● Sualı bəyənməyən Emil Balayev müsahibəni yarımçıq dayandırdı ● "Neftçi"nin futbolçusu Qustavo Klismanın azarkeşlərdən xahişi var ● "Mingəçevir" borc bataqlığında, Region Liqasında yeni qaydalar ● Günün oyunları: ● Azərbaycan Kuboku: Yarışın 2-ci təsnifat mərhələsinin təyinatları ● Rəşad Sadıqov "Zirə"nin baş məşqçisi kimi yubiley matçına çıxdı ● "Sabah" tarixi rekordu təkrarladı ● Millimiz İsraili məğlub etdi ● "Turan Tovuz" üçün əlamətdar matç ● "İmişli"dən yubiley qələbəsi ● "Zirə"nin hücumçusu ölkə çempionatları tarixinə düşdü ● "Araz-Naxçıvan"ın Çempionlar Liqası qarşılaşmasının hakim təyinatları ●

Renatın əvəzinə sloveniyalı

Bölmə adı Milli / Digər Liqalar
Yayımlandı 5-01-2026, 15:14

Polşanın “Motor” klubu azərbaycanlı futbolçu Renat Dadaşovun mümkün gedişini nəzərə alaraq alternativ axtarışlara başlayıb.


Sport1.az xəbər verir ki, yerli mətbuatın yazdığına görə, Lublin təmsilçisi son olaraq “Qornik”dən ayrılan Luka Zahoviçi gündəminə gətirib.


“Motor” sloveniyalı hücumçu ilə ilkin təmaslara başlayıb. Bu transfer reallaşacağı halda, Renat Dadaşovun komandadan ayrılma ehtimalının daha da artacağı istisna edilmir.


Bildirilir ki, Ekstraklasa klubu qış hazırlıqlarına sabahdan start verəcək. İlk mərhələni ölkə daxilində keçirəcək kollektiv yanvarın 10-da hazırlığın növbəti hissəsi üçün Türkiyəyə yollanacaq. Hazırda Renatın təlim-məşq toplanışında yer alıb-almayacağı ilə bağlı yekun qərar verilməyib.


Qeyd edək ki, Renat Dadaşovun “Motor”la müqaviləsi mövsümün sonuna qədər qüvvədədir və futbolçunun gələcək taleyi hələlik qeyri-müəyyən olaraq qalır.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR