Dadaşov oynamadı, “Motor” evdə xal itirdi

Bölmə adı Digər Liqalar
Yayımlandı 9-11-2025, 12:54


Polşa çempionatında XV turun oyunları davam edir.

Sport1.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun çıxış etdiyi “Motor” (Lüblin) evdə “Visla” (Plok) ilə qarşılaşıb. Görüş 1:1 hesabı ilə başa çatıb.

Millimizin forvardı bu dəfə meydana çıxmayıb və bütün oyunu ehtiyat oyunçular skamyasından izləyib.

Qeyd edək ki, “Motor” hazırda 16 xalla turnir cədvəlində 14-cü pillədə qərarlaşıb.


Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR