Renatın komandası səfərdə uduzdu

Bölmə adı Digər Liqalar
Yayımlandı 6-10-2025, 09:12

Azərbaycan millisinin hücumçusu Renat Dadaşov Polşa çempionatında növbəti oyununu keçirib.

Sport1.az xəbər verir ki, onun çıxış etdiyi “Motor” Ekstraklasanın 11-ci turunda “Rakov”un qonağı olub və 0:2 hesabıyla uduzub.

Oyunda start heyətdə başlayan Renat 84-cü dəqiqədə əvəzlənib. O, görüşün 79-cu dəqiqəsində sarı vərəqə alıb

Qeyd edək ki, Dadaşovun komandası 11 turdan sonra 11 xalla 14-cü pillədə qərarlaşıb.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR