18:57 13.02.2026 145

Böyük klublar kiçik düşüncəli çıxışlara qalib gəldilər - YAZI

Son günlər Premyer Liqanın 21-ci turunun "Neftçi" - “Qarabağ” oyunu ətrafında yaranan müzakirələr artıq futbol çərçivəsini aşmışdı.


Lakin bu məsələ yalnız klublar, AFFA və PFL arasında idman prinsipləri əsasında həll olunmalı idi. “Köhlən atlar” sıx oyun qrafikini əsas gətirərək qarşılaşmanın təxirə salınmasını istədi. “Ağ-qaralar” isə çempionatın plan üzrə davam etməsinin tərəfdarı idi. Hər iki mövqe idman baxımından anlaşılan idi. Burada nə qorxu, nə də başqa məna axtarmaq üçün əsas yox idi.


Amma bəzi şəxslər vəziyyətdən istifadə edərək kütləyə oynamağı üstün tutdular. Sosial şəbəkələrdə və mediada “Neftçi" "Qarabağ"dan qorxur”, “Neftçi" paxıllıq edir”, “Neftçi" adlı komanda tanımıram”, “Neftçi"də işlədiyim üçün peşmanam” kimi ifadələr səsləndirildi. Bu cür sözlər nə tənqiddir, nə də obyektiv fikir. Bu, açıq şəkildə qarşıdurma yaratmaq və diqqət qazanmaq cəhdi idi.


Tənqid etmək, fərqli mövqe bildirmək olar. Amma klubu aşağılamaq, onun adını belə inkar etmək artıq sağlam idman müzakirəsi deyil. Bu, reytinq və alqış xatirinə edilən çıxışdır. Futbolda meydandakı mübarizə danışmalıdır, emosional və təhrikedici şüarlar yox.


Unudulan bir məqam da var: "Neftçi" ölkəmizi Avropa arenasında layiqincə təmsil edib, UEFA Kubokunun qrup mərhələsinə vəsiqə qazanan ilk Azərbaycan klubu olub. O zaman bu komandanı alqışlayanlar indi necə olur ki, onun adını belə tanımadıqlarını deyirlər?


İndi isə "Qarabağ" Azərbaycan futbolunun ən uğurlu tarixini yazır. Zarafat deyil, Ağdam təmsilçisi Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanıb. Burada "Nyukasl" kimi bir rəqiblə üz-üzə gələcək. Sanki yuxudayıq.


İndi belə məqamda "Neftçi" və "Qarabağ"ı qarşı-qarşıya qoymaq yox, onların tarixini və çəkisini dəyərləndirmək lazımdır.


Qarşılaşma təxirə salındı. Çünki "Qarabağ”ın prezidenti Tahir Gözel rəsmi şəkildə “Neftçi”dən bu addımı atmaqlarını xahiş etdi. Flaqman da bu istəyi yerə salmadı. Bax, bu, əsl Azərbaycan futboluna yaraşan hərəkət idi. Tahir Gözel də flaqman rəhbərliyinə buna görə təşəkkür etdi. Bu fakt göstərdi ki, bəzi vacib məsələlər emosiyalarla deyil, qarşılıqlı hörmət və dialoqla həll olunur.


Futbolda intriqa, rəqabət gözəldir. Amma bunu düşmənçiliyə çevirmək lazım deyil. Güclü çıxış etmək istəyənlər bunu ucuz sözlərlə yox, sağlam arqumentlərlə etməlidirlər.


Azərbaycan futbolunda tarix yazan "Neftçi" və "Qarabağ" arasında düşmənçilik yaratmaq lazım deyil. Çox şükür ki, hər iki klubun rəhbərliyi ucuz fikirlərə baş qoşmadılar. Böyük klublar kiçik düşüncəli çıxışlara qalib gəldilər.


MƏHƏMMƏD HÜSEYNOV

Hadisələri telegramda anında izləyin!
Keçid et

XƏBƏR LENTİ

23:58

“Real” onunla bağlı qərarını verdi - RƏSMİ

23:36

Şahmatçılarımızdan dünya çempionatında iki qızıl medal

22:56

“Neftçi”dən növbəti transfer - RƏSMİ

22:31

“Sabah”ın ÇL-dəki oyunlarının hakim təyinatları açıqlanıb

21:53

Tonali Premyer Liqada klubunu dəyişə bilər

21:33

Portuqaliya millisinin üzvü “Milan” yolunda

20:45

“Zirə”nin avrokubok matçına hakim təyinatları açıqlandı

20:35

“Siti”dən 150 milyonluq transfer

20:26

“Barselona”dan Rafinya qərarı

19:58

"Sheki Open 2026" Beynəlxalq Şahmat Festivalına yekun vurulub

19:37

Qusarda kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib

19:26

Türkiyə klubunda yeni təyinat

18:48

“Turan Tovuz”da yeni müqavilə - RƏSMİ

18:00

Bəhlul Mustafazadənin durumu açıqlandı

17:56

“Zirə”də kadr dəyişikliyi

17:43

Riad Rəfiyev Braziliya təəssüratlarını bölüşdü

17:30

"Səbail" onu geri qaytardı

17:07

Cüdoçumuz bürünc medal qazandı

16:50

“Bavariya”dan İstanbul klubuna keçə bilər

16:30

Millidəki karyerasını bitirdi

16:06

"Braziliya ilə oyunu səbirsizliklə gözləyirəm"

15:49

Baş məşqçi ilə futbolçular arasında gərginlik

15:28

Asiya futbolunun tarixinə düşdü

15:05

PSJ-nin futbolçusu İtaliya yolunda

14:46

Ceyhun Sultanov klub prezidenti oldu - RƏSMİ

14:32

Qol rekordu yeniləndi

14:02

“Neftçi” Vernidubla yeni müqavilə imzaladı

13:49

Astanada qızıl medal

13:29

“Barselona”nı “Ayaks”a dəyişir

13:03

“Çelsi”də yeni müdafiəçi

12:50

55 milyonluq transfer

12:30

"Bu qələbəni qazanmaq çox vacib idi"

12:02

Arda Güler Əmrə Belözoğlunu geridə qoydu

11:49

Millidə tarixi qol

11:28

Tamaşaçı rekordu qeydə alındı

11:01

“Bavariya” futbolçusunu satır

10:50

Yeni transferi “Qarabağ”a neçəyə başa gəlib?

10:30

12 avtoqolla antirekord

10:00

DÇ-2026: Pley-offun daha bir iştirakçısı bilindi

09:40

Türkiyədən qələbə ilə vida

09:20

Niderlanddan qalibiyyət, Yaponiyadan heç-heçə

09:00

Almaniya və Fil Dişi Sahili pley-offda

00:38

DÇ-2026: Noyer bu göstəricidə 6-cı oldu

23:56

Danimarkalı yarımmüdafiəçi “Beşiktaş” yolunda

23:27

DÇ-2026: Almaniya - Ekvador: HEYƏTLƏR

22:48

Bakıda suya tullanma üzrə “Gələcəyə Doğru” turniri keçirilib

22:24

Onana Türkiyədə qalacaq

21:54

Taekvondoçumuzdan beynəlxalq turnirdə qızıl medal

21:38

Kolo Muani “Yuventus”a qayıdır?

20:56

PSJ-nin futbolçusu Ukrayna klubunda

20:33

AFFA iki klubun şikayətini təmin etdi

20:12

Braziliya millisinin üzvü “Çelsi”nin hədəfində

19:56

Yamaykalı vinger “Qarabağ”da - RƏSMİ

19:14

Fransalı müdafiəçi Premyer Liqada klubunu dəyişə bilər

18:42

Voleybol məşqçiləri üçün seminar keçirilib

18:21

“Səbail”dən növbəti transfer - RƏSMİ

18:00

Fransa - Norveç matçı təxirə salına bilər

17:32

Günün canlı yayımlanacaq matçları - TV AFİŞA

17:30

"İnter"də yeni müqavilə

17:07

Mundialda tarixi rekord

16:48

Montelladan azarkeşlərə müraciət

16:29

FIFA-dan 5 oyunluq cəza

16:06

Ançelotti 16 illik İtaliya lənətini qırdı

15:52

Milli üzvü klubunda qalmaq istəyir

15:15

"Azərbaycanın seçilməsi FIFA ilə uğurlu əməkdaşlığın nümunəsidir"

15:05

DÇ-2026-da bombardirlər yarışı

14:49

50 milyon avroluq tələb

14:29

Adı “Neftçi” ilə hallanan futbolçu Super Liqa klubunda

14:04

Almaniyanı İspaniyaya dəyişir

13:53

Azərbaycanlı qapıçı "Barselona"ya geri qayıtdı