son dəqiqə SON DƏQİQƏ
DÇ: Zelim Kotsoyev 1/8 finalda ● Azərbaycan Basketbol Liqası: "Sumqayıt" "Naxçıvan"a qarşı ● ABŞ-dən olan basketbolçu NTD-də ● Avropa Çempionatı: Azərbaycanın 8 boksçusu yarımfinala vəsiqə qazanıb ● Zelim Kotsoyev qələbə ilə başladı ● MOİK "Mingəçevir"ə qarşı, "Şimal" "Xankəndi" ilə üz-üzə ● "Araz-Naxçıvan" "Kəpəz"i qəbul edir, "Sabah" "Neftçi" ilə qarşılaşır ● Azərbaycan Kuboku: "Ağdaş" evdə "Hypers"i qəbul edir ● Cüdo üzrə Dünya Çempionatı: Zelim Kotsoyev bu gün tatamiya çıxacaq ● Premyer Liqa klublarının yay transferləri ● Taekvondoçumuz Fransada ikinci oldu ● Bakıda Avropa su idmanının gələcəyi müzakirə edilib ● AFFA UEFA-nın qərarına qarşı çıxıb ● “Sabah”la oyunun hazırlığı başa çatıb ● “Səbail” “Karvan-Yevlax”la bacarmadı ● VI turun oyun cədvəli açıqlanıb ● “İmişli”də iki ayrılıq birdən ● III Xankəndi Ultramarafonu: İlk mərhələnin qalibləri müəyyənləşib ● Cüdoçumuzdan Dünya Çempionatında bürünc medal ● Avropa çempionu İçərişəhərdə şahmat seansı keçirib ● "Zəngəzur" "Difai"ni məğlub etdi ● I Liqada 4-cü tur: "Səbail" "Karvan-Yevlax"la heç-heçə etdi ● AÇ: Həsrət Məmmədov yarımfinalda ● “Sabah”ın “Borussiya" ilə matçının biletləri 15 manatdan satışa çıxarıldı ● "Sabah"ın UEFA Çempionlar Liqası matçına 50 minə yaxın bilet satılıb ● "Zəngəzur", "Marafon" və "Kür-Araz" növbəti mərhələyə yüksəlib ● "Bu, Azərbaycan futbolu üçün yaxşı göstəricidir" ● "Neftçi" - "Sabah" qarşılaşmasının hakim təyinatları ●

“Neftçi” Vernidubla yeni müqavilə imzaladı

Bölmə adı Futbol / Premyer Liqa / Manşet
Yayımlandı 26-06-2026, 14:02

“Neftçi” baş məşqçisi Yuri Vernidubla yeni müqavilə bağlayıb.


Sport1.az xəbər verir ki, bu barədə klub məlumat yayıb.


“Neftçi” PFK-nın Müşahidə Şurasının sədri Hafiz Zeynalov və Baş İcraçı Direktor Cenk Sümerin iştirakı ilə keçirilən imza mərasimində ukraynalı mütəxəssisin mövcud sözləşməsi 2028-ci ilin yayına qədər uzadılıb.


Klubun Müşahidə Şurasının sədri Hafiz Zeynalov baş məşqçiyə Müşahidə Şurası tərəfindən böyük dəstək verildiyini bildirib: “Klubumuz üçün xeyirli olsun! “Neftçi”nin həm milli çempionatda, həm kubok oyunlarında, həm də Konrans Liqasında uğurlu olacağına Müşahidə Şurasının böyük inamı var. Baş məşqçi Yuri Vernidubun peşəkarlığına, səriştəsinə, qurmaqda olduğu komandaya inanırıq və bu yolda onu dəstəkləyirik”.


“Neftçi”nin Baş İcraçı Direktoru Cenk Sümer birlikdə böyük uğurlara imza atılacağına əminliyini ifadə edib:


“Bu, sadəcə müqavilə yenilənməsi deyil, həm də ortaq inamımızın və gələcəyə olan böyük ümidlərimizin real göstəricisidir. Məqsədlərimizə, peşəkar yanaşmamıza və loqomuza olan hörmətimizə göstərdikləri sarsılmaz dəstəyə, etibara və töhfələrə görə Müşahidə Şurasına səmimi qəlbdən təşəkkür edirəm. Bu ortaq öhdəlik bizi daha da gücləndirir. Baş məşqçi Yuri Verniduba “Neftçi”dəki fəaliyyəti müddətində nümayiş etdirdiyi sonsuz həvəs və zəhmətinə görə minnətdaram. Əminəm ki, birlikdə daha böyük uğurlara imza atacağıq”.

Müəllif: Mirze
OXŞAR XƏBƏRLƏR