son dəqiqə SON DƏQİQƏ
İngiltərə millisinin üzvü “Arsenal”da Azərbaycan millisi Avropa çempionatını 2 medalla başa vurub Millimiz 6 yığma ilə birgə toplanış keçir Livakoviç “Barselona”ya keçir? Yeni klubu bəlli oldu “Qalatasaray”da ayrılıq Taekvondoçularımızdan Qazaxıstanda 18 medal Akrobatika və aerobika gimnastikası üzrə Azərbaycan Çempionatı keçirilib Misli Premyer Liqasında 2-ci turun qarşılaşmalarının hakim təyinatları Azərbaycanlı atlet Avropa Birinciliyində iştirak edib "Gəncəbasar" ev oyunlarını hansı stadionda keçirəcək? - "Sabah" - "Hapoel" oyununa satılan biletlərin sayı açıqlanıb Dünya Çempionatı: Daha 3 cüdoçumuz mübarizəyə start verir Millimizin sabiq üzvü bu klubu çalışdıracaq I Liqa klubunun baş məşqçisinin adı müəyyənləşib - "Tvente"nin hücumçusu: "Əgər biz cavab oyununda erkən qol vursaq..." Premyer Liqa klublarının yay transferləri Əvəzedicilər Liqası: 2-ci turun oyun cədvəli açıqlanıb Fuad Ağayevə beynəlxalq təyinat AÇ: Əli Baxışov finala yüksəlib Dünya Çempionatı: Bu gün qadın güləşçilərimi final görüşlərinə çıxır "Balakən"dən "Zaqatala"ya Yığmamızın üzvləri Türkiyə klubunda Azərbaycan millisinin üzvləri Dünya Çempionatında iştirak edəcəklər Azərbaycan klublarından bir ilk Kadi Borgesdən yeni rekord "Zirə"də daha bir ayrılıq - Bakıda voleybol üzrə AÇ-2026-nın oyunlarına bu gün start verilir

AFFA iki klubun şikayətini təmin etdi

Bölmə adı Futbol / Azərbaycan
Yayımlandı 25-06-2026, 20:33

AFFA Həvəskar Liqasında çıxış edən “Təbriz” və “Qaradağ Şıxlar”ın apellyasiya şikayətlərini təmin edib.


Sport1.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.


Apellyasiya Arbitraj Tribunalının qərarında bildirilib:


Təbriz Futbol Klubunun (həvəskar liqa) Qobustan FK - Təbriz FK, Təbriz FK - Balaxanı FK, Gənclik İK - Təbriz FK, Təbriz FK - Araz Cəbrayıl FK və Araz Cəbrayıl FK - Təbriz FK oyunları ilə bağlı verilən qərardan şikayətə baxılmasına dair:


1. Təbriz Futbol Klubu tərəfindən verilən apellyasiya şikayəti təmin edilsin.


2. AHFF-nin təşkil etdiyi Ölkə çempionatında 18 aprel 2026-cı il tarixində keçirilən Qobustan FK - Təbriz FK, 26 aprel 2026-cı il tarixində keçirilən Təbriz FK - Balaxanı FK, 3 may 2026-cı il tarixində keçirilən Gənclik İK - Təbriz FK,16 may 2026-cı il tarixində keçirilən Təbriz FK - Araz Cəbrayıl FK və 24 may 2026-cı il tarixində keçirilən Araz Cəbrayıl FK - Təbriz FK oyunlarında lisenziyası olmayan şəxslər iştirak etdiyi üçün adıçəkilən oyunların nəticələri ləğv olunaraq Təbriz FK-ya 0:3 hesablı texniki məğlubiyyət verilməsi barədə AFFA İntizam Komitəsinin 11 iyun 2026-cı il tarixli qərarı normanın düzgün tətbiq edilməməsi, yəni hüquqi tövsifdə səhvə yol verilməsi baxımından ləğv edilsin.


3. İntizam Komitəsi tərəfindən tətbiq olunan AFFA İntizam Məcəlləsinin müvafiq maddələrinə uyğun işin halları nəzərə alınaraq düzgün hüquqi qiymət verilməsi üçün iş yenidən baxılmasından ötrü İntizam Komitəsinə qaytarılsın.


4. Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyü maraqlı tərəflərə izah edilsin.


Qaradağ Şıxlar Futbol Klubunun (həvəskar liqa) Real FK - Qaradağ Şıxlar oyunu ilə bağlı verilən qərardan şikayətə baxılmasına dair:



1. Qaradağ Şıxlar Futbol Klubu tərəfindən verilən apellyasiya şikayəti təmin edilsin.


2. AHFF-nin təşkil etdiyi Ölkə çempionatında 30 may 2026 cı il tarixində keçirilən Real FK - Qaradağ Şıxlar oyununda Qaradağ Şıxların heyətində iştirak hüququ olmayan oyunçu iştirak etdiyi üçün Qaradağ Şıxlara 0:3 hesablı texniki məğlubiyyət verilməsi barədə AFFA İntizam Komitəsinin 3 iyun 2026-cı il tarixli qərarı normanın düzgün tətbiq edilməməsi, yəni hüquqi tövsifdə səhvə yol verilməsi baxımından ləğv edilsin.


3. İntizam Komitəsi tərəfindən tətbiq olunan AFFA İntizam Məcəlləsinin müvafiq maddələrinə uyğun işin halları nəzərə alınaraq düzgün hüquqi qiymət verilməsi üçün iş yenidən baxılmasından ötrü İntizam Komitəsinə qaytarılsın.


4. Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyü maraqlı tərəflərə izah edilsin.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR