son dəqiqə SON DƏQİQƏ
Millimiz “Antalyaspor”u məğlub edib ● “Zirə”nin rəhbəri Qırğızıstanda ● Dambrauskas: “Buna siz qərar verərsiniz” ● Vernidub: “Baş məşqçi başqa cür düşünsə…” ● "Araz-Naxçıvan" "Kəpəz"ə uduzub, "Sabah" - "Neftçi" oyununda heç-heçə ● Azərbaycan Kuboku: 29 illik rekord təkrarlandı ● Badmintonçularımız beynəlxalq inkişaf turnirində ● Yuri Maksimov: “Tələskənlikdən oyuna nəzarət edə bilmədik” ● Azər Məmmədov: “Bizim üçün qazandığımız hər xal 6-ya bərabərdir” ● “Azərbaycan stolüstü tennisinin uğurları təsadüfi deyil” ● “Neftçi” - “Sabah”: ● Almatıda bürünc medal ● Bərdəlilər "Ağdaş"ı darmadağın etdi ● MOİK "Mingəçevir"i məğlub edib, Şamaxıda qalib müəyyənləşmədi ● AÇ: Səma Abbasova finala yüksəlib ● Azərbaycan Kuboku: ● Azərbaycan Kubokunda yeni rekord ● Azərbaycan Kuboku: "Ağdaş" evdə "Hypers"lə bacarmayıb ● Azərbaycanın U-15 millisinin təlim-məşq toplanışı baş tutacaq ● "Neftçi" "Sabah"la matçdan öncə azarkeşlərinə müraciət ünvanladı ● "Araz-Naxçıvan" - "Kəpəz": ● "Neftçi" - "Sabah": Turun mərkəzi matçına nə qədər bilet satılıb? ● Kiçik kənddə böyük futbol ● AMADA-dan "Kəpəz" üçün seminar ● Cüdo üzrə Dünya Çempionatı: Zelim Kotsoyev mundialla erkən vidalaşdı ● BOS Çempionlar Liqasına hazırdır ● Günün oyunları: ● DÇ: Zelim Kotsoyev 1/8 finalda ●

Voleybol məşqçiləri üçün seminar keçirilib

Bölmə adı Voleybol
Yayımlandı 25-06-2026, 18:42

İyunun 25-də GİN-in Voleybol Mərkəzində Azərbaycan Voleybol Federasiyası (AVF) və Milli Olimpiya Komitəsinin (MOK) birgə təşkilatçılığı ilə voleybol məşqçiləri üçün “Təhlükəsiz idman - hamı üçün” mövzusunda seminar təşkil olunub.


Sport1.az xəbər verir ki, seminar Beynəlxalq Olimpiya Komitəsi tərəfindən sertifikatlaşdırılmış MOK-un təhlükəsiz idman üzrə inspektoru Vaqif Əliyev və AVF-nin təhlükəsiz idman üzrə məsul şəxsi, federasiyanın idman şöbəsinin direktoru Şir-Aslan Kərimov tərəfindən aparılıb.


Tədbirdə “Təhlükəsiz idman” təşəbbüsünün mahiyyəti, əsas prinsipləri və tətbiq mexanizmləri barədə təqdimat edilib, iştirakçılara mövzu ilə bağlı ətraflı məlumat verilib. Seminar çərçivəsində təhlükəsiz idman mühitinin formalaşdırılması, risklərin qarşısının alınması və beynəlxalq standartların tətbiqi məsələləri müzakirə olunub.


Olimpiya Həmrəyliyi Fondunun (Olympic Solidarity) dəstəyi ilə həyata keçirilən proqram çərçivəsində təşkil olunan seminarda 15-ə yaxın voleybol məşqçisi iştirak edib.


Qeyd edək ki, təhlükəsiz və sağlam idman mühitinin təşviqi məqsədilə bu cür maarifləndirici seminarların gələcəkdə ölkənin müxtəlif bölgələrində də keçirilməsi nəzərdə tutulur.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR