son dəqiqə SON DƏQİQƏ
Taekvondoçumuz Fransada ikinci oldu ● Bakıda Avropa su idmanının gələcəyi müzakirə edilib ● AFFA UEFA-nın qərarına qarşı çıxıb ● “Sabah”la oyunun hazırlığı başa çatıb ● “Səbail” “Karvan-Yevlax”la bacarmadı ● VI turun oyun cədvəli açıqlanıb ● “İmişli”də iki ayrılıq birdən ● III Xankəndi Ultramarafonu: İlk mərhələnin qalibləri müəyyənləşib ● Cüdoçumuzdan Dünya Çempionatında bürünc medal ● Avropa çempionu İçərişəhərdə şahmat seansı keçirib ● "Zəngəzur" "Difai"ni məğlub etdi ● I Liqada 4-cü tur: "Səbail" "Karvan-Yevlax"la heç-heçə etdi ● AÇ: Həsrət Məmmədov yarımfinalda ● “Sabah”ın “Borussiya" ilə matçının biletləri 15 manatdan satışa çıxarıldı ● "Sabah"ın UEFA Çempionlar Liqası matçına 50 minə yaxın bilet satılıb ● "Zəngəzur", "Marafon" və "Kür-Araz" növbəti mərhələyə yüksəlib ● "Bu, Azərbaycan futbolu üçün yaxşı göstəricidir" ● "Neftçi" - "Sabah" qarşılaşmasının hakim təyinatları ● Yarımfinalda uduzan Murad Fətiyev bürünc medal görüşünə çıxacaq ● Taekvondoçumuz Paris Qran-prisində mübarizə aparacaq ● DÇ: Murad Fətiyev yarımfinalda! ● "Səbail" daha bir legionerlə anlaşdı ● Cüdo üzrə Dünya Çempionatı: Murad Fətiyev 1/4 finala vəsiqəni təmin etdi ● Elcan Hacıyev də medal şansını itirdi ● Zəfər qəhrəmanları yenidən meydanda ● DÇ: Murad Fətiyevin 1/8 finalda qarşılaşacağı rəqib müəyyənləşib ● DÇ: Elcan Hacıyev 1/8 finalda ● Cüdo üzrə Dünya Çempionatı: Daha bir idmançımız turnirlə vidalaşıb ●

Ançelotti 16 illik İtaliya lənətini qırdı

Bölmə adı Futbol / Dünya Çempionatı
Yayımlandı 25-06-2026, 16:06

Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti 2026-cı il dünya çempionatında tarixi göstəriciyə imza atıb.


Sport1.az xarici KİV-ə istinadən xəbər verir ki, bu, Braziliya yığmasının qrup mərhələsinin III turunda Şotlandiyanı 3:0 hesabı ilə məğlub edərək 7 xalla qrup lideri kimi 1/16 finala yüksəlməsindən sonra reallaşıb.


2010-cu ildə İngiltərə millisini dünya çempionatının pley-off mərhələsinə çıxaran Fabio Kapellodan sonra italiyalı məşqçilər bu uğuru təkrarlaya bilməmişdilər. Ançelotti isə Braziliya millisini pley-offa yüksəltməklə 16 illik uğursuzluğa son qoyub.


Qeyd edək ki, 67 yaşlı mütəxəssis 2025-ci ilin yayında Madridin “Real” klubundan ayrıldıqdan sonra Braziliya millisinin baş məşqçisi təyin olunub. İtaliya yığması isə ardıcıl üçüncü dəfə dünya çempionatına vəsiqə qazana bilməyib.

Müəllif: Mirze
OXŞAR XƏBƏRLƏR