
Misli Premyer Liqasının 19-cu turu davam edir.
Sport1.az xəbər verir ki, bu gün “Turan Tovuz” “Azərsun Arena”da “Karvan-Yevlax”ı qəbul edəcək. Qonaqlar matça 1 itki ilə çıxacaq.
Mövsümdə 4-cü sarı vərəqəsini alan Elvin Yunuszadə bu gün Tovuz təmsilçisinə qarşı keçiriləcək oyunda komandasına kömək edə bilməyəcək.
Qeyd edək ki, matç saat 18:30-da start götürəcək.