“Fənərbağça”da 3 itki birdən

Bölmə adı Türkiyə
Yayımlandı 8-05-2025, 20:53

Türkiyə Super Liqasının XXXV turu çərçivəsində “Başakşehir” ilə qarşılaşmalı olan “Fənərbağça” meydana üç itki ilə çıxacaq.

Sport1.az xəbər verir ki, “sarı - lacivərtlilər” qarşıdakı oyunda Allan Sent-Maksimin, Mert Hakan Yandaş və Çağlar Söyüncünün xidmətindən yararlana bilməyəcək.

Maksimin və Mert Hakan zədə səbəbindən görüşü buraxdığı halda Çağlar sarı vərəqə limitinə görə komandasına kömək edə bilməyəcək.

Müəllif: Sport1.az