son dəqiqə SON DƏQİQƏ

Elvin Yunuszadə: "Onların ən böyük üstünlükləri..." - AÇIQLAMA

Bölmə adı Azərbaycan / Premyer Liqa
Yayımlandı 6-10-2025, 13:14

Misli Premyer Liqasının VII turunda "Karvan Yevlax" evdə "Sabah"a məğlub oldu - 0:2

Qarşılaşmadan sonra meydan sahiblərinin müdafiəçisi Elvin Yunuszadə oyun haqda fikirlərini Sport1.az-a açıqladı:

"Bilirdik ki, dinamik komandaya qarşı oynayacağıq. Çempionatın ən yaxşı komandalarından biridir. Keyfiyyətli futbolçuları var idi. Əvvəldən bunları analiz etmişdik. Buraxdığımız bir qol penalti, digəri isə bəxt amili idi. Bəzi oyunlarda çəkinməmək lazımdır. Rəqib nə qədər güclü olsa da, səhv etməkdən qorxmamaq lazımdır. Düşünürəm ki, bu komandaya müsbət təsirini göstərəcək. Oyunu yaddan çıxarıb hazırlaşmaq lazımdır. Çempionat hələ təzə başlayıb. Səhvlərimizdən dərs çıxarıb növbəti görüşləri hazırlaşmalıyıq".

32 yaşlı futbolçu rəqibin üstünlüyünü belə şərh etdi:

"Rəqib bizdən individual baxımdan üstün idi. Zədəli futbolçularımızın olması bizi biraz geriyə saldı.
Həm də onlar komandadırlar. Təcrübəli oyunçuları var. Ən böyük üstünlükləri top itkisindən sonra güclü pressinq edərək topu yenidən qazanmaqlarıdır".



Təcrübəli müdafiəçi komandasının turnir cədvəlindəki mövqeyindən narahat olduğunu qeyd etdi:

"Əlimizdən gələnin ən yaxşısını edirik ki, autsayderlər pilləsindən çıxıb çempionatdakı yerimizi qoruyaq".

MİKAYIL HACIYEV

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR