Millimizin üzvü oynadı, komandası uduzdu

Bölmə adı Milli
Yayımlandı 25-01-2026, 14:22

Niderland Erediviziyasında 20-ci turun oyunlarına start verilib.


Sport1.az xəbər verir ki, açılış qarşılaşmasında Azərbaycan millisinin üzvü Ozan Can Kökçünün formasını geyindiyi “Volendam” səfərdə “Ayaks”la üz-üzə gəlib. Amsterdam təmsilçisi matçı 2:0 hesablı qələbə ilə başa vurub.


Kökçü görüşə start heyətində başlayıb və 77-ci dəqiqədə əvəzlənib.


Bu nəticədən sonra “Ayaks” turnir cədvəlində ikinci pillədəki mövqeyini möhkəmləndirib. “Volendam” isə 17 xalla 15-ci sırada – təhlükəli zonaya yaxın mövqedə qalıb.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR