
Madrid “Real”ı ilə “Monako” arasında Çempionlar Liqasının Liqa mərhələsinin 7-ci tur matçından əvvəl İspaniyanın cənubunda baş verən dəmiryolu faciəsinin qurbanları anılıb.
Sport1.az xəbər verir ki, stadionda start fitindən öncə bir dəqiqəlik sükut elan olunub.
Qəza yanvarın 18-də Adamus yaşayış məntəqəsi yaxınlığında yaşanıb. Malaqadan Puerto-de-Atoçaya hərəkət edən qatar relsdən çıxaraq qonşu xəttə keçib, bunun nəticəsində Puerto-de-Atoçadan Uelvaya gedən digər qatar da relsdən çıxıb.
Məlumata görə, hadisə nəticəsində azı 39 nəfər ölüb, 152 nəfər xəsarət alıb.