son dəqiqə SON DƏQİQƏ
AÇ: Millimiz pley-offda “Neftçi”dən yeni transfer Bakıda karate üzrə seminar baş tutub Argentina millisinin üzvü “İpsviç”də Sona Ağayeva Dünya Çempionatının 1/8 finalında Messinin komandasında baş məşqçi dəyişikliyi “Çelsi”nin futbolçusu La Liqa klubunda Oxatanlarımızdan Belarusda 2 medal Ölkə çempionatı keçiriləcək UEFA Konfrans Liqası: Əsas mərhələnin püşkü atılıb "İmişli" Dekonu transfer edib Azərbaycan II Liqası: 1-ci turun oyun cədvəli açıqlanıb Avropa Liqası: Əsas mərhələnin püşkatma mərasimi keçirilib Zamiqin komandasının rəqibləri müəyyənləşib - Murad Məmmədovun komandasının əsas raunddakı rəqibləri bəlli olub "Sabah"ın məğlub etdiyi komanda AL-da Türkiyə nəhənginə rəqib oldu "Neftçi"nin yetirməsi "Şəmkir"də Cüdoçularımızdan uğursuz start Lazımsız yerdə tələsən AFFA Fransadakı beynəlxalq turnirdə üç idmançı Azərbaycanı təmsil edəcək Turun mərkəzi qarşılaşmasının hakim təyinatları açıqlanıb "Gəncə"də daha bir legioner "Koreya Səfiri Kuboku" keçiriləcək KL: Əsas mərhələdə Muradın komandasının rəqibləri bəlli olur Qavalayaq! UEFA Avropa Liqasının əsas mərhələsinin püşkatması olacaq Cüdoçularımız Sarayevodakı beynəlxalq turnirdə iştirak edəcəklər Azərbaycan çempionu heyətinə daha bir oyunçu cəlb edib

"Hayduk"un baş məşqçisi: "Nəticədən razıyam"

Bölmə adı Konfrans Liqası
Yayımlandı 23-07-2025, 22:30

"Hayduk"un (Xorvatiya) baş məşqçisi Qonsalo Qarsiya UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin "Zirə" ilə keçirilən ilk matçını (1:1) şərh edib.

Sport1.az xəbər verir ki, o, oyundan sonra keçirilən mətbuat konfransında deyib: "Çətin oyun oldu. Oyuna həyəcanlı başladıq. "Zirə" bizi ilk fürsətdə cəzalandırdı. İkinci hissədə oyuna daha çox nəzarət edirdik. Hesabı bərabərləşdirdik, şanslarımız da var idi. Nəticədən razıyam.

Dünən də demişdim, gözlədiyim yaxşı "Zirə"ni gördüm. Uzun müddətdir eyni baş məşqçi ilə çalışırlar. Komanda çox təhlükəli rəqibdir. Müdafiədən hücuma keçidlərdə yaxşıdır, təzyiq göstərirlər, keyfiyyətli oyunçuları var".

Mütəxəssis növbəti oyun haqda da danışıb: "Qələbə qazanmağa çalışacağıq ki, oyun penaltilər seriyasına getməsin. Bizim də özümüzün oyun üslubu var. Bugünkü matçda da bəzi anlarda o üslubu göstərdik. İstəyirik ki, hər zaman oyuna nəzarət edək. Bu, tək "Zirə"yə qarşı deyil, bütün rəqiblərlə oyundadır. Ümid edirik ki, növbəti görüşdə qələbə qazanacağıq".

Q.Qarsiya bildirib ki, mərhələni keçə bilməsələr, bunu faciə saymayacaq: "Bu, futboldur. Davam edəcəyik. Biz yeni gəlmişik. Müəyyən şeyləri dəyişməyə çalışırıq. Ona görə əgər növbəti mərhələyə vəsiqə qazana bilməsək, bunu faciə kimi dəyərləndirməyəcəyik".

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR