
“FIFA Series 2026”nın strukturu və iştirakçıları təsdiqlənib.
Sport1.az xəbər verir ki, məlumatı Braziliyanın otempo.com.br saytı yayıb.
Turnir mart və aprel aylarında 8 fərqli ölkədə təşkil olunacaq. Ümumilikdə 36 komandadan ibarət 9 qrup təşkil olunacaq.
Azərbaycanda baş tutacaq “FIFA Series”in iştirakçıları da artıq məlumdur. Belə ki, millimizlə yanaşı, Oman, Sierra Leone və Sent Lusiya yığmalarının ölkəmizdəki turnirə qatılacaqlar.