
Madrid “Real”ı klubu qış “transfer pəncərəsi”ndə yeni futbolçu transfer etməyəcək.
Sport1.az xəbər verir ki, bu barədə COPE nəşri məlumat yayıb. Bildirilir ki, “kral klubu”nun rəhbərliyi baş məşqçi Xabi Alonsonun ötən yaydan etibarən yarımmüdafiəçi transferi ilə bağlı istəyinə baxmayaraq, mövcud heyətin bu mövqedə kifayət qədər alternativə sahib olduğunu düşünür.
Məlumata görə, Madrid təmsilçisi mövsümün ikinci yarısında gənc futbolçulara daha çox güvənməyi planlaşdırır və heyətə yeni adların cəlbini növbəti yayadək təxirə salıb. Klub daxilində hazırkı resursların məqsədlər üçün yetərli olduğu qənaəti formalaşıb.
Qeyd edək ki, La Liqada 18 turdan sonra 42 xal toplayan “Real” hazırda turnir cədvəlində ikinci pillədə qərarlaşıb.