23:34 2.04.2025 702

Rövşən Nəcəfin soyuq krallığı

2 aprel, 2024-cü il. AFFA-da prezident seçkiləri keçirilir.

Rövnəq Abdullayev çıxış edir və fikirlərini belə bitirir:

"Kral öldü, yaşasın yeni kral! İndi keçək seçkiyə".

Hamı bu fikri alqış və gülüşlə qarşılayır. 1 nəfərdən başqa. Söhbət AFFA-nın yeni prezidenti Rövşən Nəcəfdən gedir. Futbol sahəsinin yeni rəhbəri seçki bitən kimi bu fikirləri səsləndirir:

"Birincisi, mən kral deyiləm. Özümü kral hesab etmirəm. Heç vaxt kral hesab etməmişəm və etməyəcəm də. İcraiyyə Komitəsi və futbol böyük bir ailədir. Burada futbolu sevən insanların birlikdə çalışmağı vacibdir".

Həmin gündən 1 il keçib. Bu müddət ərzində AFFA-da nə dəyişiklik olub? Qurum inkişafla bağlı addım atıb? Qətiyyən! İndi deyiləcək ki, 7-8 ay müddətinə inkişaf strategiyası hazırlandı. Bu, işdir? Yox! Həmin strategiyada qeyd olunanları illərdi media, futbol ictimaiyyəti deyirdi. Buna görə xarici şirkətlərə külli miqdarda pul xərcləmək lazım deyildi.

Nəysə! Mövzumuz bu deyil. Rövşən Nəcəf rəqibi olmadığı seçkidə prezident olduğu gün dedi ki, mən kral deyiləm, olmamışam, olmayacam. Amma AFFA rəhbəri kimi fəaliyyətə başlayandan qısa müddət sonra dəyişdi. Kral kimi qərarlar verməyə başladı. Əvvəlcə "Neftçi"nin Kommunikasiya üzrə direktoru olan Aysu İbrahimli AFFA-da Marketinq Departamentinin rəhbəri təyin olundu. Əsl kral hərəkət idi. Təbii ki, Rövşən Nəcəf flaqmanda Müşahidə Şurasının sədri olanda gözlənilmədən vəzifəyə gətirilən xanımın assosiasiyaya gəlişi artıq gözlənilən idi. Kralların da taxtda çıxanda ilk gedişləri ən yaxınlarını öz ətrafına yığmaq olur.

Fernandu Santuş milliyə təyin olunanda yığma Macarıstandan təlim-məşq toplanışından qayıdırdı. Hava limanında olanda bildik ki, portuqaliyalı baş məşqçi təyin olunub. Bizimlə səfərdə olan AFFA rəsmiləri də şokda idi. Heç kim bu təyinatı gözləmirdi. Reaksiyalardan açıq-aydın bəlli olurdu ki, Santuş Rövşən Nəcəfin istəyi ilə baş məşqçi təyin olunub. AFFA prezidenti krallar kimi davranaraq yekun qərarı özü qəbul edib.

Uzun illər AFFA İcraiyyə Komitəsinin iclaslarından sonra jurnalistlər üzvləri sorğu-sual ediblər. Çünki əvvəlcədən toplantıların nə vaxt keçiriləcəyini bilirdik. Rövşən Nəcəf gələndən sonra cəmi 3 iclasın zamanı bəlli oldu. Bundan sonra, bütün toplantılar gizli keçirildi. Bunun səbəbi nədir? AFFA-nın əməkdaşlarından aldığım məlumata görə, qərarı Rövşən Nəcəf verib. Çünki media mənsublarının toplantıdan sonra qəliz suallar verməsini istəməyib. Çünki orada soruşulanlar AFFA rəhbərliyinə müxalif olanlara xeyir verirmiş.

Rövşən Nəcəf 1 ildir ki, AFFA prezidentidir. Bu müddət ərzində futbol barədə hansısa inkişaf yoxdur. Sadəcə, idmanın bu növünə ictimaiyyətdə soyuq münasibət formalaşıb. Bunun da səbəbi Rövşən Nəcəfin idarəetmə mexanizmidir. SOCAR rəhbəri özü üçün monarxiya yaradıb. Soyuq krallığını idarə edir.

İLKİN SULTANLI
Hadisələri telegramda anında izləyin!
Keçid et

XƏBƏR LENTİ

01:05

DÇ-2026: Ev sahibi açılış matçını qalib başa vurdu

23:58

DÇ-2026: Argentina millisinin heyətində dəyişiklik

23:27

Nərgiz İsmayılova Avropa Voleybol Konfederasiyasından təyinat alıb

22:57

“Benfika”nın hücumçusu Türkiyə yolunda

22:24

Mourinyo yenidən “Real”da - RƏSMİ

21:47

DÇ-2026: Açılış mərasimi başlayıb

21:37

Millimizin üzvü dünya reytinqinin zirvəsində

20:58

Premyer Liqaya yüksəldi - LOQOSUNU DƏYİŞDİ

20:38

I Liqa klubunda yeni müqavilə

20:23

Stolüstü tennis üzrə Liqa turniri başa çatıb

19:58

Millilərimizin rəqibləri bəlli oldu

19:27

“Lill”in futbolçusu “Sabah”da - RƏSMİ

19:04

“Sabah”dan “Zirə”yə - RƏSMİ

18:54

“Şamaxı”dan növbəti transfer - RƏSMİ

18:15

Daha bir klub avrokubok oyunlarını Sumqayıtda keçirəcək - ÖZƏL

18:00

Bundesliqa təmsilçisindən transfer

17:32

İran mundial oyunlarını boykot edə bilər

17:31

"Qarabağ"da İdarə Heyətinin iclası keçirildi

17:07

Premyer Liqaya yüksələn klub baş məşqçini göndərdi

16:48

Ölkə çempionatı keçiriləcək

16:29

"Mançester Siti" sabiq futbolçusunu istəyir

16:12

"Karvan-Yevlax"da daha iki ayrılıq

16:06

Premyer Liqa klubu cərimələndi

15:45

"Beşiktaş"dan 9 milyonluq təklif

15:23

Klub tarixinin ən bahalı transferi

15:05

"Sabah"ın futbolçusu əməliyyat olundu

15:01

Millimiz FIFA reytinqində gerilədi

14:34

Mundialın tarixinə düşməyə hazırlaşırlar

14:04

PSJ ulduz futbolçunu heyətinə qatmağa çalışır

13:50

Elitaya yüksələn klub alban məşqçi gətirdi

13:30

Klub sahibinə sərt cəza

13:05

"Qarabağ"da yeni müqavilə - RƏSMİ

12:38

70 milyon avroluq tələb

12:19

Rusiya klubu "Qalatasaray"ın müdafiəçisi ilə maraqlanır

12:02

Beynəlxalq transfer qaydalarında dəyişiklik

11:47

Mbappe tənqid hədəfinə çevrildi

11:30

Kasilyas sabiq klubunu məhkəməyə verdi

11:11

Tevesi Sampaoli əvəzlədi

10:49

"Zirə"də beş müqavilə

10:30

Baş məşqçi ilə yeni müqavilə

10:10

"Real"ın sabiq baş məşqçisi hansı klubla danışıq aparır?

09:50

FİFA-ya qarşı araşdırma

09:29

18 yaşlı hücumçu "Barselona"da

09:01

Dünya çempionatı start götürür

00:47

Sabiq “Fənərbaxça”lı “Şaxtyor”da

23:53

Kəmər dərəcələri üzrə növbəti rəsmi imtahan keçirilib

23:24

“Şamaxı”dan növbəti transfer

22:56

Beynəlxalq turnirlərdə medal qazanan parataekvondoçularla görüş keçirilib

22:40

Lənkəranda güləş festivalı baş tutub

21:57

Batut gimnastikası və tamblinq üzrə ölkə çempionatı keçirilib

21:21

“Yunayted”də kütləvi ayrılıq - RƏSMİ

20:58

“Tottenhem”dən yeni transfer

20:36

Yelkən komandamız Optimist Dünya Çempionatında iştirak edəcək

20:20

Karateçilərimizdən Avropa çempionatında 8 medal

19:53

8 şahmatçımız Dünya Kubokunda çıxış edəcək

19:22

“Turan Tovuz”da ayrılıq - RƏSMİ

18:57

“Benfika”nın yeni baş məşqçisi açıqlanıb

18:25

DÇ-2026: Avstraliya - Türkiyə matçının hakimi bəlli oldu

18:00

Məşhur qapıçı ilə yeni müqavilə

17:30

London klubunda ayrılıq

17:09

"Şəfa"da daha üç futbolçu ilə vidalaşdı

17:07

Şahmatçılarımız Dünya Kubokunda

16:49

Baş məşqçi postuna yeni namizəd

16:20

Bölgə klubu daha bir legioneri göndərdi

16:06

Kapitan növbəti oyunlar üçün söz verdi

15:47

Türkiyə millisində zədəli futbolçuların durumu

15:28

Federasiyadan yeni layihə

15:05

200 milyonluq təkliflər nəzərdən keçiriləcək

14:44

Mundialla bağlı 117 min nəfər təlimə cəlb olundu

14:23

Millimiz hansı səbətdə yer alacaq?