son dəqiqə SON DƏQİQƏ
Con van den Brom: “Lazımi nəticəni qazanmalıyıq” "Tvente" Bakıya ümidlə yox, təzyiq altında gəlib Premyer Liqa klublarının yay transferləri Litvanın Azərbaycandakı səfiri: "Dambrauskasla qürur duyuruq" ABŞ-dən olan hücumçu "Gəncə"də Azərbaycan milli komandasının qrup oyunlarının təqvimi müəyyənləşib "Şəmkir" müdafiəçi transfer edib Vaqif Cavadov Bakıda sabiq komandası "Tvente"ni ziyarət edib Coy Lens Mikelsin əsas mərhələdə qarşılaşmaq istədiyi Yığmamız növbəti oyununa çıxacaq Azərbaycan klubunun məşqçisi futboldan uzaqlaşdırılıb - "İmişli" bir ay əvvəl transfer etdiyi futbolçu ilə vidalaşıb - "Bu, bizim üçün problemdir, amma inkişafımız üçün də bir sıçrayışdır" "Qarabağ" bu futbolçu üçün 700 min avro ödəməyə hazırdır - "Çelsi", "Real", kim gəlir gəlsin" AFFA İntizam Komitəsi bu səbəbdən "Neftçi"ni 2000 manat cərimələyib Boksçularımız Gürcüstana yollanıb "Neftçi" hücumçu Alessio Kurçi ilə bağlı qərarını açıqlayıb - Bölgə klubundan müdafiəçi transferi Qarabağ klubunda yeni müqavilə ÇL: "Sabah"ın Liqa mərhələsindəki rəqibləri bu tarixdə müəyyənləşəcək Günün oyunları: Prezident İlham Əliyev "Sabah"ı qələbə münasibətilə təbrik edib ÇL: "Fənərbağça" əsas mərhələnin bir addımlığındadır - Tahir Gözəl də "Sabah"ı təbrik edib UEFA Çempionlar Liqası: Kamilo Duranın komandası turnirlə vidalaşıb AFFA prezidenti "Sabah"ı təbrik edib ÇL: "Hapoel"i darmadağın edən "Sabah" əsas mərhələdə -

“Neftçi layiq olduğu yerə qayıdacaq” - Cenk Sümer

Bölmə adı Futbol / Manşet
Yayımlandı 1-05-2026, 10:02

Neftçi” klubunun baş icraçı direktoru Cenk Sümer “Qarabağ” üzərində 2:1 hesablı qələbədən sonra media nümayəndələrinin suallarını cavablandırıb.


Sport1.az həmin müsahibəni təqdim edir. 


- Oyunu və qələbəni necə dəyərləndirirsiniz?

-Bu nəticə bizi çox sevindirdi. Qələbə bizim üçün son dərəcə vacib idi. Arxada qoyduğumuz günlər asan keçməmişdi, xüsusilə də öz azarkeşlərimiz qarşısında aldığımız məğlubiyyət komandaya mənfi təsir etmişdi. Belə bir vəziyyətdə kollektivin qısa müddətdə toparlanması və oyuna hazır vəziyyətə gətirilməsi çətin idi. Amma həm rəhbərlik, həm məşqçilər, həm də futbolçular böyük iş gördü. Komanda son saniyəyə qədər mübarizədən çəkilmədi. Bu ruh “Neftçi”nin əsas xüsusiyyətlərindəndir. Azarkeşlərimizə də xüsusi təşəkkür düşür – sona qədər yanımızda oldular. Biz onların çəkdiyi əziyyəti anlayırıq. Məqsədimiz birlikdə “Neftçi”ni layiq olduğu səviyyəyə yüksəltməkdir. Avrokuboklara vəsiqə qazanmaq istəyirik və buna inanırıq. Komanda bu istiqamətdə əlindən gələni edir. Məşqçilər korpusunun rolu da burada çox önəmlidir – onlar kollektivə yenidən inam qazandırdılar. Ümid edirik ki, mövsümü arzuladığımız kimi başa vuracağıq.


- “Neftçi” uzun müddət idi “Qarabağ”a qalib gələ bilmirdi. Bu statistika oyunçulara xatırladılmışdı?

- Bu gün futbolçular hər şeydən xəbərdardır, informasiya əlçatandır. Heyətdəki oyunçuların əksəriyyəti legioner olsa da, klubun böyüklüyünü anlayırlar. Bizim üçün hər qarşılaşma önəmlidir. Güclü rəqibə qarşı oynadıq və haqq etdiyimiz qələbəni qazandıq. Bu nəticə yeni mərhələnin başlanğıcıdır. Klubda geniş yenilənmə prosesi gedir və bunun bəhrəsini gələcəkdə daha aydın görəcəyik.


- Son oyunlarda azarkeş fəallığı artıb. Bu dəstəyin davamını gözləyirsiniz?

- Azarkeşlərimizin stadionda daha çox olması üçün çalışırıq. İnanırıq ki, onların dəstəyi daha da artacaq. Hətta həftə içi keçirilən oyunda belə tribunaların dolu olması sevindirici haldır. Bu, klub üçün çox önəmlidir. Birlikdə uğur qazanacağımıza inanırıq.


- Kubokun nəticəsi avrokuboklara vəsiqəyə təsir edə bilər...

- Biz əsas diqqəti öz oyunumuza yönəltmişik. Məqsədimiz avrokuboklara düşməkdir və bu yolda mübarizəni davam etdirəcəyik. Digər nəticələri əvvəlcədən demək çətindir. Kim daha layiqdirsə, o da Avropaya getsin. Amma “Neftçi”nin yeri hər zaman Avropadır. Biz də Azərbaycanı layiqincə təmsil edəcək komanda qurmaq istəyirik.


- Vensan Abubakarla bağlı yayılan xəbərlərə münasibətiniz necədir?

- Onunla bağlı deyilənlər həqiqətə uyğun deyil. Klub daxilində hər hansı problem yoxdur. Sadəcə zədəsi var və hazırda bərpa prosesi keçir. Həkimlərin rəyinə görə, qısa müddətdə – təxminən bir həftə ərzində yenidən komandaya qoşula biləcək.


MƏHƏMMƏD HÜSEYNOV

Müəllif: Mirze
OXŞAR XƏBƏRLƏR