
UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunlarına yekun vurulub.
Sport1.az xəbər verir ki, matçlardan sonra həftənin futbolçusu adına aydınlıq gəlib.
Bu mükafata PSJ-dən Usman Dembele layiq görülüb.
Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.
28 yaşlı oyunçu səsvermədə “Atletiko”dan Antuan Qrizmannı qabaqlayıb.
Qeyd edək ki, Dembele "Bavariya"ya qalib gəldikləri oyunda (5:4) iki qol vurub və bir məhsuldar ötürmə edib.