
FİFA prezidenti Canni İnfantino növbəti dəfə qurumun rəhbəri seçilmək istəyir.
Sport1.az xəbər verir ki, o, bunu FİFA-nın Kanadanın Vankuver şəhərində keçirilən Konqresində açıqlayıb.
İnfantino 2027-ci ildə FIFA prezidentiliyinə keçiriləcək seçkilərdə iştirak edəcəyini bildirib.
Xatırladaq ki, İnfantino 2016-cı ildən FİFA prezidentidir.