
“Qarabağ” hücumçu axtarışlarını davam etdirir.
Sport1.az saytının əldə etdiyi məlumata görə, komanda transfer siyahısına yeni oyunçu əlavə edib.
Ağdam təmsilçisi Bolqarıstanın “Levski” klubunda çıxış edən Mustafa Sanqare ilə yaxından maraqlanır.
“Qarabağ” 2027-ci ilin yayına qədər müqaviləsi olan 27 yaşlı mərkəz hücumçusu üçün danışıqlar aparmağı planlaşdırır.
Qeyd edək ki, Mali millisinin üzvü olan futbolçu bu mövsüm “Levski” forması ilə keçirdiyi 29 rəsmi matçda 10 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.