son dəqiqə SON DƏQİQƏ
AÇ: Niderland Belçika ilə üz-üzə, Portuqaliya Rumıniyaya qarşı Günün oyunları: UEFA Avropa Liqasında pley-offun cavab oyunları keçirilir - UEFA Çempionlar Liqasında əsas mərhələnin püşkü atılır - Konfrans Liqası: "Qarabağ" bu gün pley-off matçına çıxır - Premyer Liqa klublarının yay transferləri ÇL: "Fənərbağça" 18 ildən sonra əsas mərhələdə - “Yuventus”un qapıçısı B Seriyasında Millimiz Belçikaya məğlub oldu Yeni klubu bəlli oldu “Sabah” Litva klubuna uduzub Vətəninə qayıtdı Əfsanəvi “1 nömrə” – Sergey Kramarenko Portuqaliya Bakıdakı ilk qələbəsini qazandı İngiltərədə klubunu dəyişdi “Lill”dən “Mançester Siti”yə “Sabah”dan Prezidentə təşəkkür Əliyar Ağayev Konfrans Liqası matçında Elçin Məsiyevə UEFA-dan təyinat “Tvente”nin futbolçusu: “Buraxdığımız səhvlərdən dərs çıxarmışıq” Con van den Brom: “Lazımi nəticəni qazanmalıyıq” "Tvente" Bakıya ümidlə yox, təzyiq altında gəlib Litvanın Azərbaycandakı səfiri: "Dambrauskasla qürur duyuruq" ABŞ-dən olan hücumçu "Gəncə"də Azərbaycan milli komandasının qrup oyunlarının təqvimi müəyyənləşib "Şəmkir" müdafiəçi transfer edib Vaqif Cavadov Bakıda sabiq komandası "Tvente"ni ziyarət edib Coy Lens Mikelsin əsas mərhələdə qarşılaşmaq istədiyi

“Olimpiadaya lisenziya qazanmaq üçün bütün imkanlar səfərbər ediləcək”

Bölmə adı Taekvondo
Yayımlandı 26-12-2025, 21:27

“Ölkə birinciliyində gənclər və böyüklər arasında ümumilikdə 436 idmançı iştirak edir”.


Sport1.az xəbər verir ki, bu sözləri Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev jurnalistlərə açıqlamasında deyib.


Paşayevin sözlərinə görə, yarışda yeniyetmə və gənclər arasında Avropa və dünya çempionatlarının mükafatçıları da medallar uğrunda mübarizə aparırlar: “Turnirdə iştirak edən idmançıların əsas məqsədi qalib gələrək, yığma komandanın heyətinə düşməkdir. Bu, idmandır, şanslı və daha güclü olan idmançı qalib gəlir”.


Vitse-preizdent Azərbaycan taekvondoçularının 2026-cı ildə çıxış edəcəyi yarışlardan da söz açıb: “Gələn il aprelin 12-17-də Daşkənddə gənclər arasında dünya birinciliyi keçiriləcək. Yarışa hazırlıq prosesinə yanvarın 5-dən etibarən start veriləcək. Gələn il, həmçinin böyüklər arasında Avropa çempionatı, dörd Qran-Pri, eləcə də “Los-Anceles-2028” Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışlar nəzərdə tutulub. Milli komanda bu yarışlarda Olimpiya Oyunlarına lisenziya qazanmaq üçün bütün imkanlarını səfərbər edəcək”.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR