"Qarabağ"ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi "Tvente" Bakıya gəlib.
Sport1.az xəbər verir ki, Azərbaycanın U-20 millisinin köməkçi məşqçisi Vaqif Cavadov sabiq komandasını ziyarət edib.
37 yaşlı mütəxəssis 2010/11 mövsümündə "Tvente"nin formasını geyinib.
Xatırladaq ki, "Qarabağ" - "Tvente" oyunu sabah saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.