Fələstinli hücumçu Türkiyə klubunun hədəfində

Bölmə adı Türkiyə
Yayımlandı 24-12-2025, 11:37

"Trabzonspor" qış fasiləsində heyətini gücləndirmək istəyir.

Sport1.az xəbər verir ki, Super Liqa təmsilçisi "Kolumbus"da çıxış edən Vessam Abu Əli ilə maraqlanır. Məlumatı "Daily Record Sport" nəşri yayıb.

"Bordo-mavilər" fələstinli hücumçunu icarəyə götürmək istəyirlər. 26 yaşlı forvardın özü də Türkiyə klubuna keçmək niyyətindədir.

Qeyd edək ki, Vessam Abu Əli bu mövsüm MLS-də 5 qarşılaşmada meydana çıxıb. Fələstinli bu görüşlərdə 3 qol vurub, 1 məhsuldar ötürmə edib. Hücumçunun "Kolumbus"la müqaviləsi 2027-ci ildə başa çatacaq.


Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR