
Azərbaycan Basketbol Liqasının 11-ci turunun A qrupunda “Şəki” “Abşeron Lions”a 107:82 hesabı ilə məğlub olub.
Sport1.az xəbər verir ki, bölgə təmsilçisinin baş məşqçisi Bedri Meriç klubun mətbuat xidmətinə görüşlə bağlı açıqlama verib:
“A qrupunda yenilmək bizə sürpriz deyil, vacib olan hədəfdən vaz keçməməkdir. Yıxılsaq da, qalxıb mübarizəyə davam etməliyik. Rəqibimizi təbrik edirəm. Onların xüsusən üç xallıq atışlarda yaxşı olduğunu bilirdik, amma matçın əvvəlində müdafiədə heç müqavimət göstərə bilmədik. Altı gündə üçüncü matçımızı oynadıq. Həm yorğunluq, həm də zədələrə görə kasad heyətlə oynamaq çətin oldu. Qarşıdakı fasilə bizə yaxşı gələcək. Fasilədən sonra tam heyət olacağıq. Həm də çatışmazlıqlarımızın üzərində çalışacağıq. Hamının Yeni ilini indidən təbrik edirəm. Ümid edirəm ki, 2026-cı il hamıya sağlamlıq və uğur gətirər”.