SON DƏQİQƏ
Qış "transfer pəncərəsi"ndə "Mançester Siti" heyətini gücləndirə bilər.
Sport1.az xəbər verir ki, "şəhərlilər" Antuan Semenyo ilə maraqlanır. Bu məlumatı "The Guardian" nəşri yayıb.
"Bornmut"un üzvünün müqaviləsində 65 milyon funt-sterlinqə sərbəstqalma maddəsi mövcuddur. "Mançester Siti" bundan istifadə edərək hücumçunu transfer etmək niyyətindədir.
Qeyd edək ki, 25 yaşlı futbolçu bu mövsüm 16 qarşılaşmada 8 qol vurub, 3 məhsuldar ötürmə edib.