
“Liverpul”un baş məşqçisi Arne Slot komandanın hücumçusu Aleksander İsakın zədəsi ilə bağlı açıqlama verib.
Sport1.az xəbər verir ki, isveçli forvard İngiltərə Premyer Liqasının XVII turunda “Tottenhem”lə oyunda (2:1) topuq nahiyəsindən ciddi zədə alıb. Müayinələr nəticəsində futbolçuda baldır sümüyünün sınığı aşkarlanıb.
Arne Slot bildirib ki, İsak uzun müddət yaşıl meydanlardan uzaq qalacaq:
“O, uzun müddət – təxminən bir neçə ay olmayacaq. Bu, həm onun, həm də bizim üçün böyük məyusluqdur. Məncə, bu epizodda edilən müdaxilə çox riskli idi”.
Qeyd edək ki, “Liverpul” “Qarabağ”ın UEFA Çempionlar Liqasının Liqa mərhələsindəki rəqiblərindən biridir. Aleksander İsak zədə səbəbindən Ağdam təmsilçisinə qarşı oyunu buraxacaq. Bu komandalar arasında qarşılaşma 2026-cı il yanvarın 30-da “Enfild” stadionunda keçiriləcək.