Növbəti tura start verilir

Bölmə adı ABL
Yayımlandı 22-12-2025, 12:07

Bu gün Azərbaycan Basketbol Liqasında XI tura start veriləcək.

Sport1.az xəbər verir ki, ilk oyun günündə 2 görüş baş tutacaq. Bakı İdman Sarayında “Ordu” “Naxçıvan”la üz-üzə gələcək. “Sumqayıt” isə Sumqayıt Olimpiya İdman Kompleksində “Lənkəran”ı sınağa çəkəcək. Hər iki görüş saat 19:00-da start götürəcək.

Qeyd edək ki, daha iki matç sabah baş tutacaq. XI turun NTD – “Gəncə” və “Sabah” – “Neftçi” matçları təxirə salınıb.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR