
“Arsenal” Fransanın “Lill” komandasında çıxış edən yarımmüdafiəçi Əyyub Buhəddini transfer etmək istəyir.
Sport1.az xəbər verir ki, “topçular” 18 yaşlı vunderkind ilə danışıqlara başlayıb.
Əyyub Buhəddinin potensial transfer dəyəri təxminən 45 milyon avro civarında qiymətləndirilir.
Qeyd edək ki, “Mançester Siti”, “Mançester Yunayted” və “Liverpul” da daxil olmaqla bir sıra Premyer Liqa nəhəngləri fransalı futbolçunun durumunu yaxından izləyir.