
Almaniyanın “Ayntraxt” klubunun hücumçusu Elye Vai karyerasını Fransada davam etdirməyə yaxındır.
Sport1.az xəbər verir ki, Footmercato nəşrinin məlumatına görə, futbolçu “Nitsa”ya keçməyə razılıq verib. Hücumçu Almaniya təmsilçisində özünü göstərə bilmədiyi üçün Fransa klubunda karyerasını yenidən canlandırmaq niyyətindədir. Hazırda klublar arasında danışıqlar davam edir. “Nitsa”nın bahalı transfer planlaşdırmaması səbəbindən keçidin icarə əsasında baş tutması ehtimal olunur.
Qeyd edək ki, “Ayntraxt” “Qarabağ”ın UEFA Çempionlar Liqasının Liqa mərhələsindəki rəqiblərindən biridir. Bu komandalar arasında görüş 2026-cı il yanvarın 23-də Bakıda keçiriləcək.