Azərbaycan birinciliyində ilk mükafatçılar müəyyənləşdi

Bölmə adı Digər
Yayımlandı 21-12-2025, 15:17

Yeniyetmə və gənclər arasında qılıncoynatma üzrə Azərbaycan birinciliyində ilk mükafatçılar müəyyənləşib.

Sport1.az xəbər verir ki, Azərbaycan Texniki Universitetinin İdman Sarayının qılıncoynatma zallarında keçirilən yarışın ilk günündə yeniyetmə qızlar, oğlanlar arasında sablya və şpaqa növləri üzrə qaliblər bəlli olub.

Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Qılıncoynatma Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən turnirin mükafatçıları diplom və medallarla təltif olunublar.

Sablya

Oğlanlar:

Abbas Hüseynov

Nəcəf Şabanlı

İmran Qarayev, Səid Sultanlı

Qızlar:

Ayan Ağasıyeva

İrina Lobas

Züleyxa Sultanlı, Cahan Sadıxova

Şpaqa

Oğlanlar:

Mirxətai Məmmədov

Oruc Misirzadə

Abbas Səmədli, Osman Məmmədov

Qızlar:

Mirnuray Abasova

Jasmin Əliyeva

Esnad Mirzəyeva, Aydan Atakişiyeva

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR