son dəqiqə SON DƏQİQƏ
Gəncədə qollu sülh “Şamaxı” 3 xalı 2 qolla qazandı “Milli Aviasiya Akademiyası”ndan yeni transfer Azərbaycan veteran cüdoçularından dünya çempionatında 4 medal Azər Məmmədov: "Sabah"la matçdan başqa bütün oyunlarda…” Filipe Kandido: “Futbolun inkişafını istəyiriksə…” Premyer Liqa: VI tura yekun vurulub Zaur İsmayılov: “Fasilədə çatışmayan cəhətlərimizi aradan qaldırmağa çalışacağıq“ Azər Bağırov: “Komanda sırf futbol oynamağa köklənib” Gimnastlarımızdan Dünya Çempionatında 2 medal Gəncədə heyətlər müəyyənləşib II Liqa: IV tura start verilib "Şamaxı"da ciddi itki Bakı çempionatında qaliblər bəlli oldu “Şamaxı” - “Araz-Naxçıvan”: II Liqa: IV turun təyinatları açıqlanıb Fiqurlu konkisürənlərimiz Türkiyədə çıxış ediblər Bakıda “Koreya Səfiri Kuboku” baş tutacaq Taekvondo üzrə ölkə çempionatı keçiriləcək Günün oyunları: Millimizin üzvü oynadı, komandası məğlub oldu 2 boksçumuz Avropa Çempionatının 1/4 finalında "Fikrimi yığmaya yönəltməliyəm" "Demək olar ki, Çempionlar Liqası "11-liy"ini meydana buraxmışdılar" "Komanda oyunu, mübarizə ruhu nümayiş etdirdik" "Sahib çıxdığımız titulu qorumaq və zirvədə yer almaq istəyirik" Premyer Liqa klublarının yay transferləri "Kəpəz"in İdarə Heyətinin sədri Anar Abdullayev veteranlarla görüşüb

Millimiz Avropa birinciliyində səkkizinci oldu

Bölmə adı Digər
Yayımlandı 3-03-2025, 10:57

Türkiyənin Antalya şəhərində keçirilən qılıncoynatma üzrə gənclərin Avropa birinciliyinə yekun vurulub.

Sport1.az xəbər verir ki, son yarış günündə qızların şpaqa və oğlanların sablya komanda yarışında qaliblər müəyyənləşib.

Rəsul Əliyev, Abbas Hüseynov, Timur Husnaddinov və Ayxan Xasıyevdən ibarət millimiz yarışda 8-ci olub.

İlk görüşündə İspaniya yığmasına 45:42 hesabı ilə qalib gələn qılıncoynadanlarımız ən güclü “səkkizlik”də turnirin gümüş medalçısı Fransa seçmə kollektivinə 29:45 hesabı ilə məğlub olub. Komandamız 5-8-ci yerlər uğrunda keçirilən qarşılaşmalarda Almaniya və Rumıniya millilərinə 41:45 hesab ilə uduzub.

Xatun Bayramova, Aynur Quliyeva, Xədicə Həsənli və Nazilə Rəhimovadan ibarət şpaqa üzrə millimiz isə qızların komanda yarışında 14-cü olub.
Komandamız ilk görüşündə turnirin finalçısı Macarıstan yığmasına 34:45 hesabı ilə məğlub olub.

9-16-cı yerlər uğrunda keçirilən görüşlərdə Türkiyə millisinə 31:45 hesabı ilə uduzan şpaqaçılarımız son qarşılaşmada isveçrəli rəqibləri ilə də bacarmayıblar - 41:45.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR