İsak ilin ən yaxşısı seçildi

Bölmə adı İngiltərə
Yayımlandı 20-12-2025, 10:54

"Liverpul"un hücumçusu Aleksandr İsak İsveçdə ilin ən yaxşı oyunçusu seçildi.

Sport1.az xəbər verir ki, İsveç Futbol Assosiasiyası "qızıl top mükafatını" 26 yaşlı forvarda təqdim edib.

Qeyd edək ki, 26 yaşlı futbolçu bu il "Nyukasl", "Liverpul" və İsveç milli komandasında 42 oyun keçirib, 17 qol vurub və 4 məhsuldar ötürmə edib. O, mükafat uğrunda "Arsenal"ın hücumçusu Viktor Dyökereşi geridə qoyub.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR