
Portuqaliya millisinin yarımmüdafiəçisi Bruno Fernandeş Kriştiano Ronaldonun oynamadığı vaxtlarda yığmanın daha yaxşı çıxış etməsi ilə bağlı səslənən fikirlərə münasibət bildirib.
Sport1.az xəbər verir ki, Fernandeş bu barədə açıqlamasında komandanın oyun keyfiyyətinin konkret bir futbolçudan asılı olmadığını vurğulayıb:
“Bilirəm ki, insanlar düşünürlər ki, Ronaldo olmayanda daha yaxşı oynayırıq, çünki futbolçular özlərini daha sərbəst hiss edir və meydanda daha rahat hərəkət edirlər. Əgər bu doğrudursa, bu qismən bizim günahımızdır. Biz Kriştianonun meydanda olmasına görə gərginlik yaşamamalıyıq. Çünki o, bizə kömək edə bilən futbolçudur”.
Təcrübəli yarımmüdafiəçisi Ronaldonun hücum xəttində hələ də böyük əhəmiyyət daşıdığını da qeyd edib:
“O, cərimə meydançasında hələ də çox yüksək səviyyəli oyunçudur. Müdafiəçilərin diqqətini üzərinə çəkir və bu da digər futbolçular üçün boşluqlar yaradır. Əgər Kriştiano oynamasa, Qonsalo Ramoş meydana çıxır. O isə pressinqdə güclüdür və diaqonal qaçışlarla fərqlənir”.