"Karvan"dan qələbə, "Mingəçevir"dən heç-heçə

Bölmə adı I Liqa
Yayımlandı 3-04-2025, 18:00

I Liqada XX turun oyunları start götürüb.

Sport1.az xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma baş tutub.

"Cəbrayıl" "ASCO Arena"da "Qaradağ Lökbatan"la qolsuz heç-heçə edib.

Digər iki görüş isə 16:00-da start götürüb. "Difai" Şamaxı OİK stadionunda "Karvan"a uduzub, "Mingəçevir" isə evdə "Zaqatala" ilə bərabərə qalıb.

Birinci Liqa

XX tur

3 aprel

13:00. "Cəbrayıl" - "Qaradağ Lökbatan" 0:0

16:00. "Difai" - "Karvan" 3:5

16:00. "Mingəçevir" - "Zaqatala" 2:2

Müəllif: Sport1.az