
Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası 2025-ci ilin rəmzi komandasını açıqlayıb.
Sport1.az xəbər verir ki, FIFA-nn “The Best” mükafatlandırma mərasimində ilin ən yaxşı futbolçularından ibarət simvolik heyət təqdim olunub. Qətərin paytaxtı Dohada keçirilən tədbirdə rəmzi komandaya aşağıdakı oyunçular daxil edilib:
Canluici Donnarumma (“Mançester Siti” / PSJ), Aşraf Hakimi (PSJ), Vilyam Paço (PSJ), Vircil van Deyk (“Liverpul”), Nunu Mendeş (PSJ), Vitinya (PSJ), Pedri (“Barselona”), Koul Palmer (“Çelsi”), Cud Bellinqem (“Real”), Lamin Yamal (“Barselona”), Usman Dembele (PSJ).
Qeyd edək ki, daha əvvəl FIFA tərəfindən 2025-ci ilin ən yaxşı baş məşqçisi adına PSJ-ni çalışdıran ispan mütəxəssis Luis Enrike layiq görülüb. Onun rəhbərliyi altında Paris təmsilçisi Çempionlar Liqasını, Fransa çempionatını, ölkə kubokunu və Superkuboku qazanıb.
