SON DƏQİQƏ
İngiltərənin “Mançester Siti” klubunun müdafiəçisi Ruben Diaşın bədənindəki döymənin mənası bəlli olub.
Sport1.az xəbər verir ki, portuqaliyalı futbolçunun sağ qolunda rus dilində yazılmış “stoykiy mujik” ifadəsi yer alır. Bu döymə Koen qardaşlarının məşhur “Casuslar körpüsü” filmi ilə əlaqəlidir. Sözügedən ekran əsərində Rudolf Abel obrazı sakitliyi və soyuqqanlı davranışı ilə seçildiyinə görə “stoykiy mujik” ifadəsi ilə xarakterizə olunurdu.
