"Sabah" ÇL-da son matçına çıxacaq

Bölmə adı Basketbol
Yayımlandı 16-12-2025, 10:11

FİBA Çempionlar Liqasında çıxış edən təmsilçimiz “Sabah” bu gün əsas mərhələdə son oyununa çıxacaq.

Sport1.az xəbər verir ki, Rimas Kurtinaytisin baş məşqçisi olduğu kollektiv B qrupunda Almaniyanın “Alba” klubu ilə qarşılaşacaq.

Berlində baş tutacaq görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Xatırladaq ki, 5 matçın 1-də qələbə qazanmış "bayquşlar" 6 xalla qrupda sonuncusudur.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR