Super Liqa klubu baş məşqçisi ilə yollarını ayırdı

Bölmə adı Türkiyə
Yayımlandı 15-12-2025, 17:47

"Qaziantep" baş məşqçisi Burak Yılmazı istefaya göndərib.

Sport1.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

40 yaşlı mütəxəssis komandasını meydana çıxardığı 16 görüşdə 6 qələbə qazanıb, 5 dəfə heç-heçəyə razılaşıb və 3 oyunda məğlub olub.

Qeyd edək ki Burak Yılmaz məşqçilik karyerası boyunca "Kasımpaşa", "Kayserispor" və "Beşiktaş" klublarını çalışdırıb.

Müəllif: Zafar Hajili