son dəqiqə SON DƏQİQƏ
Günün oyunları: ● "Sabah qələbə qazanmalıyıq" ● "Komandamız sadəcə həmin futbolçunun oyununa köklənib" ● İngiltərə Xorvatiya ilə qarşılaşır, İspaniya millisi Çexiyanı qəbul edir ● Millimiz Qəbələdə Moldovaya qarşı ● "Turan Tovuz" Bakıda İstanbul nəhəngi "Fənərbağça"ya qarşı ● Premyer Liqa klublarının yay transferləri ● Türkiyə millisi Belçikaya, Gürcüstan Macarıstana uduzub ● “Sumqayıt”ın baş məşqçisi: “Müəyyən problemlər yaşadıq” ● Bakıda keçirilən Dünya Kubokunda yeni rekord ● AÇ: Boksçularımızın ilk rəqibləri məlum olub ● “Sumqayıt” mövsümə qələbə ilə başladı ● Millimizin rəqibləri bəlli olub ● II Liqa: VI turun təyinatları açıqlanıb ● Millimizin heyətində dəyişiklik ● “Kəpəz” I Liqa təmsilçisi ilə üz-üzə gəlib ● “Fənərbağça” “Turan Tovuz” üçün Bakıda ● Azərbaycan klubu beynəlxalq turnirdə çıxış edəcək ● “Neftçi” “Araz-Naxçıvan”a qalib gəlib ● Bakıda yeni xizək mərkəzi fəaliyyətə başlayıb ● "Səbail"dən böyükhesablı qələbə ● "Turan Tovuz" - "Fənərbağça" oyunu: ● II Liqada 7-ci və 8-ci turun oyun cədvəli açıqlanıb ● "Kəpəz" yoxlama matçına çıxıb ● Şəkidə bədii gimnastika üzrə regional yarış təşkil olunacaq ● Tiranadakı beynəlxalq turnirdə iştirak edəcək idmançılar bəlli olub ● Respublika Stadionunda tarixi oyun: "Neftçi" yenidən "Spartak"la üz-üzə ● "1 və ya 3 xal qazanmaq üçün bəzən bir qədər bəxt amili də lazımdır" ●

“ABB-Qarabağ” kobrend kartı buraxılır – FOTOLAR

Bölmə adı Futbol
Yayımlandı 15-12-2025, 15:12

ABB ilə “Qarabağ” Futbol Klubu arasında memorandum imzalanıb.

Sport1.az xəbər verir ki, bu anlaşma “ABB-Qarabağ” kobrend kartının yaradılmasını nəzərdə tutur.

İmzalanma tədbirində sənədə ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov və “Qarabağ” Futbol Klubunun prezidenti Tahir Gözəl imza atıb. Tədbirdə “ABB-Qarabağ” kobrend kartının dizaynı da nümayiş etdirilib.

Kart yaxın aylarda premium və standart növdə bazara təqdim olunacaq, müştərilər üçün bir sıra üstünlüklər yaradacaq. Belə ki, kart sahibləri kobrend kartlarla bağlı qabaqcıl beynəlxalq təcrübəyə uyğun olaraq oyunçularla görüşlər, komandanın oyunlarını stadionun xüsusi zonasında izləmək imkanı, ödənişlər zamanı əlavə keşbeklər, müxtəlif ticarət və xidmət məkanlarında xüsusi endirimlər və s. bu kimi imtiyazlar qazanacaqlar.

ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov “ABB-Qarabağ” kobrend kartının “Qarabağ” azarkeşlərində doğma komanda ilə bağlılığı daha da artıracağını bildirib: “Bu kartla hər əməliyyat insanlarımıza “Qarabağ” coşğusunu yaşadacaq. Onların gündəlik həyatına xoş bir dəyər qatacaq. Bu kart ABB-nin öz müştəriləri ilə, Qarabağ Futbol Klubunun isə öz azarkeşləri ilə kommunikasiya mədəniyyətində də yeni bir səhifə açacaq”.

“Qarabağ” Futbol Klubunun prezidenti Tahir Gözəl qeyd edib: “ABB ilə tərəfdaşlığımız bu ilin yay aylarından başlanıb və qısa müddət ərzində real məzmun qazanıb. “ABB–Qarabağ” kobrend kartı azarkeşlərimiz üçün gündəlik həyatda istifadə olunan, eyni zamanda kluba bağlılıq hissini gücləndirən praktik bir alət olacaq”.


Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR