son dəqiqə SON DƏQİQƏ
Günün oyunları: ● "Sabah qələbə qazanmalıyıq" ● "Komandamız sadəcə həmin futbolçunun oyununa köklənib" ● İngiltərə Xorvatiya ilə qarşılaşır, İspaniya millisi Çexiyanı qəbul edir ● Millimiz Qəbələdə Moldovaya qarşı ● "Turan Tovuz" Bakıda İstanbul nəhəngi "Fənərbağça"ya qarşı ● Premyer Liqa klublarının yay transferləri ● Türkiyə millisi Belçikaya, Gürcüstan Macarıstana uduzub ● “Sumqayıt”ın baş məşqçisi: “Müəyyən problemlər yaşadıq” ● Bakıda keçirilən Dünya Kubokunda yeni rekord ● AÇ: Boksçularımızın ilk rəqibləri məlum olub ● “Sumqayıt” mövsümə qələbə ilə başladı ● Millimizin rəqibləri bəlli olub ● II Liqa: VI turun təyinatları açıqlanıb ● Millimizin heyətində dəyişiklik ● “Kəpəz” I Liqa təmsilçisi ilə üz-üzə gəlib ● “Fənərbağça” “Turan Tovuz” üçün Bakıda ● Azərbaycan klubu beynəlxalq turnirdə çıxış edəcək ● “Neftçi” “Araz-Naxçıvan”a qalib gəlib ● Bakıda yeni xizək mərkəzi fəaliyyətə başlayıb ● "Səbail"dən böyükhesablı qələbə ● "Turan Tovuz" - "Fənərbağça" oyunu: ● II Liqada 7-ci və 8-ci turun oyun cədvəli açıqlanıb ● "Kəpəz" yoxlama matçına çıxıb ● Şəkidə bədii gimnastika üzrə regional yarış təşkil olunacaq ● Tiranadakı beynəlxalq turnirdə iştirak edəcək idmançılar bəlli olub ● Respublika Stadionunda tarixi oyun: "Neftçi" yenidən "Spartak"la üz-üzə ● "1 və ya 3 xal qazanmaq üçün bəzən bir qədər bəxt amili də lazımdır" ●

Diqqət! Çıxış edir Vernidublu “Neftçi” – YAZI

Bölmə adı Yazı / Manşet
Yayımlandı 15-12-2025, 15:33

“Neftçi” Premyer Liqada yeni baş məşqçisi Yuri Vernidubla ilk rəsmi oyununa çıxmağa hazırlaşır. “Ağ-qaralar” bu gün doğma azarkeşləri önündə çempionatın 4-cü pilləsində qərarlaşan “Sumqayıt”ı qəbul edəcək. Bu qarşılaşma turnir cədvəlində vəziyyəti ürəkaçan olmayan flaqman üçün növbəti oyun deyil, həm də mövsümün istiqamətini müəyyənləşdirə biləcək ciddi bir sınaqdır.

Bu görüş eyni zamanda Vernidubun Azərbaycan futbolunda “Neftçi”nin sükanı arxasında ilk imtahanı olacaq.

Ukraynalı mütəxəssis artıq ilk açıqlaması ilə komandanın yalnız nəticə yox, xarakter də qazanmalı olduğunu açıq şəkildə bildirib. Yeni baş məşqçi qısa zamanda müsbət dəyişikliklərə nail olacaqlarına inandığını deyib:

“Əvvəlcə mütləq şəkildə nəticələri yaxşılaşdırmalıyıq. İşimiz çoxdur, amma qorxmuruq. Artıq bir neçə məşq keçmişəm, futbolçularda da istək və əzm hiss olunur. Rəhbərlikdən ilk gündən yalnız dəstək görürəm. İnanıram ki, bu çətinliyin öhdəsindən birlikdə gələcəyik. Hədəflərə gəlincə, “Neftçi”yə yalnız çempionluq yaraşır. İndi yerimiz yaxşı deyil, amma mövsümün sonunda ön pillələrdə olmalıyıq.

“Sumqayıt”la matçdan etibarən qələbələri sıralamağa çalışacağıq”.

Bu sözlərdən aydın görünür ki, Vernidub ilk gündən məsuliyyəti üzərinə götürür və bəhanələrə yer qoymur. Məhz buna görə də “Sumqayıt”la qarşılaşmanın nəticəsi yeni baş məşqçi üçün erkən olsa da, ciddi ölçü vahidi kimi qəbul ediləcək.

“Kimyaçılar”la qarşılaşma Yuri Vernidub üçün sadəcə debüt deyil, mesaj oyunudur. Ya “Neftçi”nin dəyişməyə başladığını göstərəcək, ya da problemlərin düşünüldüyündən daha dərin olduğunu ortaya çıxaracaq. Hər iki halda bu görüş mövsümün dönüş nöqtəsi kimi yadda qala bilər.

Doğma meydan, yeni baş məşqçi və azarkeş dəstəyi. Bəhanə yoxdur. İndi söz “Neftçi”dədir...

MƏHƏMMƏD HÜSEYNOV

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR